Hövzə Xəbər Agentliyinin tərcümə qrupunun verdiyi məlumata əsasən, London etiraz aksiyasının təşkilatçı qrupunun bildirdiyinə əsasən, 600,000 nəfər, polis və bələdiyyənin məlumatına görə isə 500,000-dən çox insan bu böyük tədbirdə iştirak edib.
Fələstinlə Həmrəylik Kampaniyasının direktoru cənab Ben Camal bildirib ki, ABŞ prezidenti Trampın təqdim etdiyi plan davamlı və real sülh həlli deyil, əksinə bu, əsas səbəblərə diqqət yetirilməyən qısamüddətli bir proqramdır.
O, sözlərinə belə davam edib: Etirazlar və nümayişlər Qəzzadakı soyqırım və müharibə həqiqətən bitməyincə və davamlı atəşkəs əldə olunmayınca davam edəcək. Etirazçılar Fələstin bayraqları daşıyaraq İsrailə silah satışının tamamilə dayandırılmasını tələb edən plakatlar qaldırıblar. Atəşkəsin mövcud olmasına baxmayaraq, son 24 saat ərzində israillilər 17 nəfəri qətlə yetirib, 72 nəfərdən çoxunu yaralayıblar və hələ də onların silahlı qüvvələri bölgələrdə mövcuddur.
BMT-nin müstəqil komissiyası da sentyabr ayında açıq şəkildə bəyan edib ki, İsrail Qəzzada soyqırımı törədir.
Bu atəşkəs, sionist rejim onu qəbul etdikdən sonra, cümə günü səhər saatlarından etibarən qüvvəyə minib və indiyədək Qəzza şəhəri və Xan Yunis bölgəsində artilleriya atəşinin dayandırılmasını əhatə edib.
UNICEF dərhal Qəzzaya bütün keçid məntəqələrinin açılmasını tələb edib və bildirib: Fələstinli uşaqlar uzun müddət ərzində içməli su və kifayət qədər qida çatışmazlığı səbəbindən xüsusilə ağır zərər görüblər.
İndiyədək İsrailin vəhşi bombardmanları və bölgəyə hücumları nəticəsində Qəzza şəhəri və onun şimal hissəsindən 700,000-dən çox insan didərgin düşüb.
Mənbə: Middle East Eye
Rəyiniz